Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabı Ankarada bir sıra rəsmi şəxslərə, siyasətçilərə, təşkilat rəhbərlərinə təqdim olunub.
AY Partiya Başqanının müavini Rəşad Bakuvi Ankarada yerləşən Kərkük Kültür Dərnəyini ziyarət edərək, orada Dərnəyin Başqanı Şəmsəddin Kuzəçi, Türkmən Cəbhəsinin sabiq Türkiyə təmsilçisi Mustafa Ziya və İraq-Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı ilə bir araya gəlib.
Görüşdə Başqanın salamları hər üç şəxsə çatdırılıb, bu təşkilatlarla AY Partiya arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Rəşad Bakuvi Şəmsəddin Kuzəçi, Mustafa Ziya və Hicran Kazancıya “Vicdanın labüd etdiyi savaş” kitabını təqdim edib, onlar isə öz növbəsində hədiyyə üçün Başqana təşəkkürlərini bildiriblər.
Başqan müavini mərkəzi ofisi Ankarada yerləşən "Ticari Hayat" qəzetinə baş çəkib, qəzetin sahibi Mehmet Göktürklə görüşüb. Mehmət Göktürkə AY Partiya Başqanının kitabını təqdim edən Rəşad Bakuvi qəzetə müsahibə verib. Mehmet Göktürk hədiyyə üçün təşəkkür edib, AY Partiya və Başqan Anar Əsədli ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Rəşad Bakuvi Ankara Böyük Şəhər Bələdiyyəsinin xarici əlaqələr departamentinin rəhbəri Ramazan Kabasakal ilə görüşərək, Bələdiyyə Başqanı Mansur Yavaşa çatdırması üçün “Vicdanın labüd etdiyi savaş” kitabını ona təqdim edib.
Ramazan Kabasakal hədiyyə üçün təşəkkürünü bildirərək, Başqan Mansur Yavaşın salamlarını Anar Əsədliyə çatdırmağı xahiş edib, AY Partiya ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb.