Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini İlahə Qurbanlı Ankarada səfərdə olub.
Səfər zamanı İlahə Qurbanlı AY Partiya Başqanının yanında Məsləhət Şurasının Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçi Məhsa Mehdili ilə birlikdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib.
Başqan müavini daha sonra Rəsulzadənin Ankarada qurmuş olduğu Azərbaycan Kültür Dərnəyini ziyarət edərək, orada dərnəyin Başqanı Cəmil Ünal, Başqan müavinləri İsa Yaşar Tezəl və Səlcuq Önalla görüşüb.
AY Partiya Başqanı Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabı Kültür Dərnəyinin Başqanına hədiyyə edilib.