Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Rəşad Bakuvi Ankarada Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiyanın Mersin millət vəkili, dövlət adamı Behiç Çeliklə görüşüb.
Rəşad Bakuvi AY Partiya Başqanının salamlarını çatdırıb. O, Anar Əsədlinin müəllifi olduğu "Vicdanın labüd etdiyi savaş" kitabından iki nüsxəni - Behiç Çelikin özünə və İYİ Partiya Başqanı Meral Akşenere çatdırılması üçün millət vəkilinə təqdim edib.
Hədiyyələr üçün AY Partiya Başqanına və müavininə təşəkkürünü bildirən millət vəkili iki partiyanın əməkdaşlığından məmnun olduğunu vurğulayıb.