Bu gün Azərbaycan Yüksəliş Partiyasının başqan müavini, istedadlı və vətənpərvər şair Ehtiram İlhamın doğum günüdür.
Gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan Ehtiram İlham bütün şüurlu həyatında içtimai-siyasi proseslərin mərkəzində olub. Milli məfkurəni özünə meyar seçən Ehtiram bəy hər zaman Azərbaycanda azad demokratik cəmiyyətin bərqərar olması üçün əzmkarlıq göstərib.
Siyasi passionarlığı ilə hər zaman ön cərgələrdə dayanan Ehtiram İlham 2020-ci ildən etibarən AY Partiya rəhbərliyində təmsil olunur.
Azərbaycan Yüksəliş Partiyası dəyərli ziyalımız və başqan müavinimiz Ehtiram İlhamı təbrik edir, cansağlığı, şəxsi həyatında və partiya fəaliyyətində uğurlar arzulayır.