Bu gün dəyərli aydınımız, milli məfkurənin layiqli daşıyıcılarından biri, Azərbaycan Yüksəliş Partiyasının başqan müavini Gülşən Məmmədoglunun doğum günüdür.
Tarixçi-alim Məmmədoğlu bütün şüurlu həyatını Azərbaycan tarixinin öyrənilməsinə, gənc nəslə çatdırılımasına həsr edib.
Hər zaman ictimai-siyasi həyatda aktiv olan Gülşən xanım müxtəlif qurumların önündə gələnlərdən olub.
Bu gün də Yüksəliş Partiyasının komandasına öz zəkası və dərin biliyi ilə ciddi töhfələr verməkdədir.
Azərbaycan Yüksəliş Partiyası dəyərli ziyalımız və başqan müavinimiz Gülşən Məmmədoğlunu doğum günü münasibəti ilə təbrik edir, şəxsi həyatında və partiya fəaliyyətində uğurlar diləyir.