Ankarada səfərdə olan Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini İlahə Qurbanlı Türkiyə Böyük Millət Məclisində olub.
İlahə Qurbanlı və AY Partiya Başqanı yanında Məsləhət Şurasının Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçisi Məhsa Mehdili TBMM-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb. Görüş zamanı İlahə Qurbanlı ilə millət vəkili arasında Azərbaycan və Türkiyə münasibətlərinin daha da dərinləşməsində, dostluq əlaqələrinin inkişaf etdirilməsində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda millət vəkilinə AY Partiya Başqanı Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabı təqdim edilib.