Bu gün AY Partiya Başqanının Humanitar məsələlər üzrə müavini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, pedaqoq, kulturoloq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, vətənpərvər dostumuz, partiyamıza rəng və güc qatan Nigar Sultanlının doğum günüdür.
Dəyərli Nigar xanım! Siz bütün şüurlu həyatınızı Azərbaycan dövlətçiliyinin, türkçülük ideologiyasının güclənməsinə və möhkəmlənməsinə həsr etmisiniz. Nə yaxşı ki, biz bu yolda fəaliyyətimizi birləşdirməyi bacarmışıq.
AY Partiya ailəsi olaraq, Sizi doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, vətən və dövlət naminə fəaliyyətinizdə uğurlar arzu edirik.
Yaxşı ki, varsınız, yaxşı ki AY Partiyadasınız, yaxşı ki ki, bizimləsiniz!