Azərbaycan Yüksəliş Partiyası Başqanının İqtisadi məsələlər üzrə müavini Rəşad Bakuvinin doğum günüdür.
Rəşad Bakuvi gənc yaşlarından aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olub, tələbəlik illərindən media sahəsində çalışıb, yazılarında hər zaman cəmiyyətin fundamental problemlərinə, demokratik toplumun bərqərar olması yönündəki əngəllərə, onların həlli yollarına işıq tutub.
AY Partiyanın formalaşması, təşkilatlanması, güclənməsi prosesində yaxından iştirak edən Rəşad bəy bu istiqamətdə səylərini əsirgəmir, partiyanın daha da irəliyə getməsi üçün var gücü ilə çalışır.
O, iqtisadiyyat ilə yanaşı, ölkənin siyasi durumunu analitik təhlil etmə bacarığı ilə hər zaman partiya və vətəndaş mövqeyi sərgiləyir, mətbuatda cəsarətli çıxışlar edir.
AY Partiya rəhbərliyi və üzvləri dəyərli Rəşad bəyi doğum günü münasibətilə təbrik edir, şəxsi həyatında cansağlığı, ictimai-siyasi fəaliyyətində uğurlar diləyir.