Bu gün Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini, tanınmış jurnalist-publisist, ailə və uşaq problemləri üzrə mütəxəssis, ictimai-siyasi sahədə aktiv fəaliyyəti ilə seçilən Sevinc Fədainin doğum günüdür.
Təhsil, insan hüquqları, sosial məsələlərdə hər zaman özünəməxsus mövqe sərgiləyən Sevinc xanım bu sahələrdə mövcud problemlərə, həlli yollarına dair onlarla layihənin müəllifidir.
Azərbaycan Yüksəliş Partiyası olaraq, əziz Sevinc xanımı təbrik edir, şəxsi həyatında cansağlığı, xoşbəxtlik arzulayır, fəaliyyətində uğurlar diləyirik.