Azərbaycan Yüksəliş Partiyası Başqanının müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, sevilən sənətkar Məleykə Alıoğlunun doğum günüdür.
Azərbaycan cəmiyyətində çox az sayda mədəniyyət insanı olar ki, siyasət meydanında da öz sözünü deyə bilsin.
Məleykə xanım hələ gənclik illərindən Milli Azadlıq Hərəkatının fəal üzvü olub, hər zaman düşüncə və fəaliyyəti ilə böyük xidmətlər göstərib.
Sənətində belə vətənpərvərlik, torpaq sevgisi, xalq təəssübkeşliyini önə çıxaran ustad Məleykə xanım xüsusi yaradıcılıq istedadı ilə yanaşı, ictimai-siyasi həyatda daim fəal olan, vətəndaş mövqeyi ilə seçilən, xalqın taleyinə həssaslıqla yanaşan mədəni-ictimai xadimdir.
Azərbaycan Yüksəliş Partiyasının bütün heyəti Başqan müşaviri, dəyərli xanım Məleykə Alıoğlunu təbrik edir, uğurlar arzulayır, şəxsi həyatında xoşbəxtlik diləyir.