Azərbaycan Yüksəliş Partiyası Başqanının Humanitar məsələlər üzrə müşaviri, Əməkdar artist Mətləb Abdullayevin doğum günüdür.
Teatr səhnəsində, filmlərdə, televiziya seriallarında yaratdığı saysız obrazlarla Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Mətləb Abdullayev ictimai-siyasi sahədə də hər zaman fəal olub, cəmiyyətin problemlərini dilə gətirməkdən çəkinməyib.
O, qurulduğu ilk vaxtlardan AY Partiyanın sıralarına qoşulub, partiyanın təşkilatlanmasında, inkişafında xüsusi əməyi olub. Partiyanın keçirdiyi tədbirlərdə, görüşlərdə ön sıralarda yer alıb.
AY Partiya Başqanı və üzvləri adından dəyərli Mətləb bəyi ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik. İnanırıq ki, indiyə qədər olduğu kimi, bundan sonra da birgə addımlamağa davam edəcək, birlikdə böyük uğurlara imza atacağıq.