Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_da44fe95d7175088b4e176fd8fd56163, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Başqanının müşaviri Rza Heyətin doğum günüdür
Bu gün Azərbaycan Yüksəliş Partiyasının Başqanı yanında Məsləhət Şurasının Güney Azərbaycan Türklərinin məsələləri üzrə təmsilçisi, dəyərli Rza Heyətin doğum günüdür.
Ankara Universitetinin müəllimi, Təbriz Araşdırmalar İnstitutunun rəhbəri olan Rza Heyət gənc yaşlarından aktiv ictimai-siyasətlə məşğul olub, Azərbaycan türklərinin haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Araşdırmalarında, elmi məqalələrində, mətbuata çıxışında və digər fəaliyyətlərində Azərbaycan, xüsusilə Güney Azərbaycan məsələləri ön planda olub, bu sahədə var gücü ilə mübarizə aparıb
Azərbaycan Yüksəliş Partiyası dəyərli Rza Heyəti doğum günü münasibətilə təbrik edir, sağlam və uzun ömür diləyir, tutduğu yolda uğurlar, apardığı mübarizədə qələbə arzulayır.