Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai şuranın sədri Səadət xanım Bənanyarlıya doğum günü münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Dəyərli Səadət xanım!
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz ömrünüzün böyük hissəsini insan haqlarının qorunmasına, hüquq və azadlıqların müdafiə olunmasına həsr etmiş bir şəxs kimi bu şərəfli işdə hər cür çətinliklərə mərdliklə sinə gərib, haqq bildiyiniz müqəddəs yoldan bir an belə geri addım atmamısınız.
Prinsipial, dönməz mövqeyiniz və qətiyyətli fəaliyyətiniz nəticəsində haqqı tapdanan saysız-hesabsız həmvətənimiz layiq olduqları azadlıqlarına qovuşub.
Yeni yaşınızı bir daha təbrik edirəm".