Bu gün Azərbaycan Yüksəliş Partiyasının Başqanlıq Heyətinin genişləndirilmiş toplantısı keçirilib.
Toplantıda AY Partiyanın yanvar ayının sonunadək görəcəyi işlər, keçirəcəyi tədbirlər müzakirə olunub.
İclasda Yüksəliş Partiyasının 20 Yanvar faciəsinin ildönümü, Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı keçirəcəyi tədbirlər barədə qərar qəbul edilib. Həmçinin Azərbaycan Yüksəliş Partiyasının kitabxanası seriyasından AY Partiya Başqanının müşaviri Məhsa Mehdilinin müəllifi olduğu “44 gün Qarabağ savaşında Güney Azərbaycan” kitabının Azərbaycanda çap olunmasına və təqdimatının keçirilməsinə qərar verilib.
Toplantıda Yüksəliş Partiyasının rayon təşkilatlarının sıralarının genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb və fevral ayından etibarən bölgələrə səfərlərin həyata keçirilməsi razılaşdırılıb.