Bu gün Azərbaycan Yüksəliş Partiyasının Ümumi şöbə müdiri, AY Partiya Gənclər Təşkilatı İdarə heyətinin üzvü, BDU-nun "Beynəlxalq münasibətlər və diplomatiya" ixtisası üzrə magistr tələbəsi Nurel Kərimin doğum günüdür.
Gənc aktivist Nurel Kərim AY Partiya sıralarına qatılmazdan əvvəl də bir sıra ictimai-siyasi təşkilatların aktiv fəallarından olub, cəmiyyətdə bir çox sferada baş verən mühim hadisələrə açıq mövqe bildirərək, daim yüksək vətənpərvərlik, vətəndaşlıq mövqeyi sərgiləyib.
Nurel bəyin təşkilatçılıq bacarığı, yaradıcı təfəkkürü, analitik düşüncəsi, siyasi dünyagörüşü onun yüksək potensialından xəbər verir.
Azərbaycan Yüksəliş Partiyası Nurel Kərimə sağlamlıq və gələcək işlərində uğurlar diləyir.