Azərbaycan Yüksəliş Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Pərvanə Elcanın doğum günüdür.
Pərvanə xanım tələbəlik illərindən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayıb, özünü gerçək bir vətəndaş kimi yetişdirib. İxtisasca müəllim olan Pərvanə xanım şagirdlərinə tarix elminin incəliklərini öyrətməklə yanaşı, onların öz mövqeyi olan vətəndaş, milli kadr kimi yetişməsi üçün də səylərini əsirgəmir.
Belə gənclərimizin AY Partiya sıralarına qoşulması, aktiv fəaliyyət göstərməsi bizim üçün çox önəmlidir.
Başqan Anar Əsədli başda olmaqla, AY Partiya üzvləri adından Pərvanə xanımı təbrik edir, cansağlığı, xoşbəxtlik, bərabər olduğumuz yolda uğurlar diləyirik.