Gənclər gəlirsə, onların özlərini ifadə və realizə edə bilməsi üçün yol açmaq, şərait yaratmaq lazımdır. Elə bu minvalla da Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli partiya qərargahında onun üçün ayrılan otağı, eləcə də yerli və xarici müəlliflərin kitablarından formalaşan "AY Partiya Kitabxanası"nı gənclərin ixtiyarına verdi.
"Başla" adı verilən otağı gənclər özləri dizayn edəcək, işlək hala gətirəcək. Və bu məkan təkcə partiya gəncləri üçün deyil, digər gənclərimizin düşünməsi, mütaliə etməsi, çalışması üçündür, qapısı hər kəsə açıqdır.
Nə xoş bizə ki, qərargahımız gənclərin işığı ilə aydınlanacaq.
Hər birinizə xeyirli-uğurlu olsun, gənc liderlər!
Həmişə yanınızdayıq və hər zaman dediyimiz kimi, vətən və dövlət naminə ideyalarımızı məhz sizinlə birlikdə gerçəkləşdirəcəyik!