Bu gün Azərbaycan Yüksəliş Partiyasının Qadınlar qolunun rəhbəri, pedaqoq Mətanət Həsənovanın doğum günüdür.
İctimai-siyasi görüşü ilə yanaşı, hər zaman əsl vətəndaş mövqeyi sərgiləyən Mətanət xanım eyni zamanda peşəkar pedaqoqdur.
Qadın və təhsil problemlərinə xüsusi həssaslıqla yanaşması onun fəaliyyətinin əsas istiqamətlərindəndir. O, eyni zamanda Vətən müharibəsində iştirak edən qəhrəman oğul anasıdır.
Azərbaycan Yüksəliş Partiyasının üzvləri dəyərli Mətanət xanım Həsənovanı doğum günü münasibəti ilə təbrik edir, ictimai-siyasi fəaliyyətində uğurlar, şəxsi həyatında daimi xoşbəxtlik arzulayırlar