Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli, Başqanın 1-ci müavini Bəhrəm İsmayılov və müavinlər Ehtiram İlham, Gülşən Hacıyeva, Sevinc Fədai tanınmış yazıçı-jurnalist, ictimai xadim İlqar Əlfioğlunun "Qızılbarmaq Fatma" romanının təqdimat və imza günündə iştirak edib.
Partiya Başqanı görüşdə müəllifin ictimai fikrin formalaşmasında, jurnalistika sahəsindəki xüsusi rolundan danışıb. Yazıçını yeni romanından dolayı təbrik edib və yaradıcılığında uğurlar diləyib.