Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_603ca93591e664e3461251f2ef5ea6ae, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya rəhbərliyi şəhid və qazi ailələrinə baş çəkib
Azərbaycan Yüksəliş (AY) Partiyası rəhbərliyinin Vətən Müharibəsi şəhidlərinin və qazilərinin ailələrini ziyarəti davam edir.
Yüksəliş Partiyası başqanı Anar Əsədli, başqanın birinci müavini-İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov və Baş Məclisin sədr müavini Əlisəfa Quliyev, MNTK üzvü Habil Cəfərov bu gün şəhid əsgər, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Sənan Abdullayevin ailəsini ziyarət ediblər.
AY Partiya təmsilçiləri həmçinin qazilərimiz, xüsusi təyinatlılar - “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuş çavuş Polad Mədəni, “Bayraq” ordeni, “Qubadlının azad olunmasına görə,, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş mayor Polad Rzayev və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş əsgər Anar Hüseynzadəyə baş çəkiblər.
Ziyarətlər zamanı şəhidimizin ruhuna dua edilib, qazilərimizə şəfalar arzu edilib.