Növbəti ziyarətimiz Vətən müharibəsinin şəhidi, kiçik çavuş Xaqani Əskərovun ailəsinədir. Ay Partiya Başqanı Anar Əsədli və Başqanlıq Heyəti şəhidimizin anası ilə söhbətdən və qızları ilə ünsiyyətdən böyük məmnunluq duydu.
Bu böyük ağrıya rəğmən, "Şəhid anası" adını ləyaqət və fəxarətlə daşıyan analarımıza minnətdarıq! Siz və Sizin dünyaya gətirdiyiniz, yetişdirdiyiniz oğullar var olduqca bu dövlət ayaqda qalacaq, bayrağımız enməyəcək.
İnanırıq ki, şəhidimizin əmanətləri Aylin və Ahu da bu ocaqda və ailədə atalarına layiqli şəkildə böyüyəcəklər. Qəhrəmanımızın ruhu şad olsun!