Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin üzvləri Ankarada “Ticari həyat" qəzetinin redaksiyasını ziyarət ediblər.
Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Rəşad Bakuvi, Vasif İsmayıl, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva qəzetinin təsisçisi Mehmet Göktürklə bir araya gələrək, müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. AY Partiya və “Ticari həyat" qəzetinin yaxın əməkdaşlığı, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, Türk Dünyası birliyi ilə əlaqədar layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.
Vasif İsmayıl və Aynur Qəzənfərqızı qəzetə geniş müsahibə veriblər.