Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_597f3dc6707953ada69f9d2308ca587e, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Azərbaycan Yüksəliş (AY) Partiyasının rəhbərliyi Xocalı soyqırımının 29-cu ildönümündə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
AY Partiya Başqanı Anar Əsədli və partiyanın təmsilçiləri Xocalı soyqırımı abidəsi önünə çiçək qoyub, qətliam qurbanlarının xatirəsini ehtiramla anaraq, ruhlarına dualar ediblər.