Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli və partiya rəhbərliyi bu gün əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv teatr – “ƏSA"ın “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırladığı tamaşanı izləyib.
AY Partiya bütün çətinliklərə rəğmən, fəaliyyətini davam etdirən və ortaya belə gözəl əsərlər çıxaran "ƏSA"nın əzm və mübarizəsini alqışlayır, rəhbərliyinə və kollektivinə uğurlar arzulayır.
Azad sənət mühiti və bütün əngəlləri aşmağınız diləyi ilə...