Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_a0585ea2409c396db6c2738efec29cbd, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya təmsilçiləri Türkiyə Siyasi və Strateji araşdırmalar Mərkəzində
AY Partiyanın Başqanlıq Heyəti Türkiyə səfərinin sonuncu günü Ankarada Türkiyənin önəmli beyin mərkəzlərindən sayılan Siyasi və Strateji Araşdırmalar Vəqfində olub.
Vəqfin Başqanı, Ankara Hacı Bayram Vəli Üniversiteti Asya Çalışmaları Merkezi Başkanı, Dr. Sinan Dəmirtürk AY Partiya Başqanının müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi, partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadə ilə görüşüb.
Görüş zamanı iki ölkənin, Türk Dünyası dövlətlərinin əlaqələrindən danışılıb, 44 günlük Vətən savaşının bu münasibətlərin inkişafına müsbət təsirindən söhbət açılıb. Qeyd olunub ki, Cənubi Qafqazda sülhə nail olunması bölgə üçün çox vacibdir. Bu sülh əldə edilməsə, regionun inkişafı mümkün olmayacaq. Bunub üçün üç ölkənin iştirakı ilə Qafqaz evinin ən qısa zamanda qurulması şərtdir.
Görüşdə maraq doğuran digər məsələlərdən danışılıb, sonda xatirə şəkilləri çəkdirilib.