Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_0745ddc469eef680c190e8c3d04414f1, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya Tatarıstana başsağlığı mesajı verib
Azərbaycan Yüksəliş Partiyasının Kazan şəhərində orta məktəbdə müəllim və şagirdlərin qətlə yetirilməsi ilə əlaqədar başsağlığı mesajı
Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə törədilən terror aktı nəticəsində uşaqların və yaşlıların həlak olması bizi dərindən kədərləndirdi.
Terrorun harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, hər zaman lənətlənməlidir.
Bu terrorun hədəfinin uşaqlar olması isə daha dəhşətlidir.
Azərbaycan Yüksəliş Partiyası törədilən bu vəhşiliyi kəskin şəkildə qınadığını, Tatarıstan xalqının dərdinə şərik olduğunu bəyan edir, Tatarıstan dövlətinə, həlak olanların doğmalarına başsağlığı verir, zərər çəkənlərin tezliklə sağalmasını arzu edir.