Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_aca3c66b568d94dd63320246a38fdc20, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiya üzvləri şəhid və qazi ailələrini ziyarət edib
Bizə zəfər qazandıran, torpaqlarımızı azadlığına qovuşduran, bu günə güvənimizi, sabaha inancımızı bərpa edən şəhidlərimizin ailələrinin və qazilərimizin qulluğunda durmaq borcumuzdur.
Novruz Bayramında onları ziyarət etmək, bayram sovqatı ilə masalarını zənginləşdirmək, evimizdən evlərinə, özümüzdən özlərinə ruzi-bərəkət aparmaq xoşbəxtliyinə nail olmaq vəzifəmizdir.
Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Ehtiram İlham, Baş Məclisin üzvləri Xatirə Cəfərova, Məhyəddin Yusifov və Ruhəngiz Cəfər şəhid və qazi ailələrinə baş çəkiblər.
AY Partiya təmsilçiləri Hadrut uğrunda döyüşlərdə şəhid olmuş “Xocavəndin azad olunması”, “Vətən uğrunda” medallarfı ilə təltif edilmiş Əlizamin Mustafalı, Tərtərdə şəhid olmuş, “Vətən uğrunda” “Suqovuşanın azad olunması”, “Laçının azad olunması” medalları ilə təltif edilmiş Ruslan Məmmədov, Ağcabədidə şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elnur Allahverdizadə, Füzulidə şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Sənan Abdullayev, Xocavənddə şəhid olmuş, “Vətən uğrunda, “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmiş Asiman Əliyev, qazilərimiz Anar Hüseynzadə, Polad Mədəni və Eyyub Nağıyevin ailələrini ziyarət edərək, onları bayram münasibətilə təbrik ediblər.