Azərbaycan Yüksəliş Partiyasında (AY Partiya) bir sıra təyinatlar olub.
AY Partiya Başqanı Anar Əsədli bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Anar Əsədlinin imzaladığı sərəncamlara əsasən, Gülşən Məcid qızı Məmmədoğlu Azərbaycan Yüksəliş Partiyası Başqanının İnsan haqları və QHT üzrə müavini, Ehtiram Ələkbər oğlu Məmmədov Azərbaycan Yüksəliş Partiyası Başqanının Humanitar məsələlər üzrə müavini, Nigar Bəhmən qızı Sultanlı Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müşaviri vəzifəsindən azad ediliblər.
AY Partiya Başqanının digər sərəncamları ilə Nigar Bəhmən qızı Sultanlı Azərbaycan Yüksəliş Partiyası Başqanının Humanitar məsələlər üzrə müavini, İlahə Məhəmməd qızı Qurbanlı Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini təyin olunublar.
Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoq, kulturoloq Nigar Sultanlı Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universitetinin müəllimidir.
Filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Xəzər universitetinin müəllimi, Azərbaycan, ingilis, rus dillərində 3 kifabın müəllifidir.