İctimai-siyasi fəal Bəxtiyar Hacıyev polis tərəfindən ona qarşı göstərilən təyziqlərə görə Azərbaycan vətəndaşlığından imtina edəcəyini bəyan edib. O, bununla bağlı prezidentə müraciət etdiyini bildirib.
Bəxtiyar Hacıyev artıq neçənci dəfədir ki, polis tərəfindən oğurlandığını, döyüldüyünü, təhqir edildiyini, sosial şəbəkələrdəki paylaşımlarını ona zorla sildirdiklərini bəyan edib. Təəssüflər olsun ki, bu məsələ hətta dəfələrlə təkrarlanmasına baxmayaraq, şəxs tərəfindən birbaşa ittiham olunan Daxili İşlər Nazirliyi ya susur, ya da sadəcə "biz etməmişik" deməklə yetinir. Dövlətin hüquq-mühafizə orqanları da heç bir münasibət bildirmir. Bu vəziyyət hüquqi dövlətçiliyə, insan haqlarına birmənalı şəkildə ziddir.
AY Partiya olaraq Bəxtiyar Hacıyevə qarşı göstərilən zorakılığı qınayır, bu hadisəni hüquqazidd hesab edirik. Siyasi hakimiyyətdən ayrı olan dövlət instansiyası Baş Prokrorluğu bu hadisəni araşdırmağa, bununla bağlı cəmiyyətə məlumat verməyə çağırırıq.