Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində yüksək rütbəli 14 zabitimiz həlak olub, xəsarət alanlar var.
Azərbaycan Yüksəliş Partiyası baş vermiş qəza ilə əlaqədar dərin üzüntü keçirdiyini bildirərək, hadisə zamanı həlak olmuş hərbçilərimizə Tanrıdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa arzulayır. Ümid edirik ki, obyektiv araşdırma aparılacaq və hadisənin həqiqi mahiyyət və motivləri ortaya çıxacaq.