Vətən müharibəsi zamanı dəyərli hərbi qulluqçularımızı itirdik, ancaq qəhrəmanlarımızı, onların dəyərli ailəsini tanımaq şərəfinə nail olduq.
Bir daha anladıq ki, millətimizi güclü, cəsarətli edən bu xalqın mənəvi dəyərlər, bu dəyərləri qoruyan ləyaqətli xanımlarımız, analarımızdır.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli, Başqanlıq Heyətinin üzvləri şəhid kapitan Fəzail Əliyevin ailəsini ziyarət etdi.
Onun qəhrəman xanımı və övladlarını da yaxından tanımaq qürur hissimizi daha da artırdı. Sizə minnətdarıq. Minnətdarıq ki, "Şəhid xanımı" statusunu şərəflə daşıyır və şəhidimizin ocağında övladlarını belə gözəl yetişdirsiniz. Bu taleni yaşayarkən yanınızda ola bilmək böyük xoşbəxtlik və qürurdur.
Bayramlarınız mübarək, bayram ən çox sizə yaraşır!