Kitabsevərlərin sevimlisi, dəyərli Xan Rəsuloğlunun sahibi olduğu “Xan xəzinəsi” kitab evi bağlanır.
Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli I müavin Bəhrəm İsmayılov, müavinlər Gülşən Hacıyeva, Nigar Sultanlı ilə birlikdə “Xan xəzinə”sinə baş çəkib, dəstəyini ifadə edib.
30 ildən artıqdır, kitabçılıqla məşğul olan Xan Rəsuloğlu bu işə biznes, maddi qazanc kimi baxmayıb. Onun ən böyük qazancı kitab oxuyanların sayının artmasıdır.
Xan Rəsuloğlu kitabı oxuyan, oxudan, bütün nəsildən olan insanlara sevdirən dəyərli ziyalılarımızdandır. O, bu çətin durumda da ümidsizliyə qapılmır, əlindəki kitabların daha çox insana çatmasına çalışır.
AY Partiya üzvlərini, tərəfdarlarını bugünlərdə “Xan xəzinəsi”nə baş çəkməyə, müxtəlif dillərdə və janrlarda istədikləri kitabları oradan əldə etməyə çağırırıq.
Xan Rəsuloğlu Bakının “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı “Xan xəzinəsi”ndən kitabların sadəcə bir hissəsini başqa yerə apara biləcək. Arzu edənlər qalan kitabları ən ucuz qiymətə əldə edə bilərlər.