Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_601baf8a5314a536e68ae56209dd366c, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mesajı
Rusiyanın Qafqazı və Azərbaycanı istila etməsi nəticəsində Azərbaycan xalqına qarşı ermənilərin cinayətinin əsası qoyuldu. Çar hakimiyyətinə loyallıqları ilə bilinən və dünyanın müxtəlif ölkələrindən gətirilən ermənilər o taylı-bu taylı Azərbaycanda on minlərlə soydaşımıza və yüz illərlə birlikdə yaşadığımız qardaş xalqların nümayəndələrinə qarşı qırğınlar törədib, soyqırımı siyasətini həyata keçirdilər.
Bu siyasətin ən qanlı səhifəsi 20-ci əsrin əvvəlində yaşanan qanlı hadisələrdir. O vaxt Azərbaycanın Güneyində Urmiyada, Salmasda, Xoyda, Quzeyində isə Şamaxıda, Qubada, Bakıda və bir çox başqa yaşayış məntəqələrində rus-erməni birlikləri yerli silahsız xalqın uşaqlarını, qadınlarını, qocalarını ayırmadan kütləvi şəkildə qırğına məruz qoyur, vətənimizi bizlərdən təmizləyib qondarma “böyük Ermənistan” qurmaq istəyir, əslində isə çar Rusiyasının Türk Dünyasına qarşı cinayətkar siyasətini həyata keçirirdi.
20-ci əsrin sonunda baş verən Qarabağ münaqişəsi, Azərbaycanlıların öz torpaqlarından qovulması və torpaqlarımızın işğala məruz qalması da son 300 illik rus imperialist siyasətinin davamı idi və bu məqamda da cinayət aləti kimi istifadə olunan ermənilər idi. Xalqımız bu cütlüyün bizə qarşı olan düşmənçiliyindən çox əzablar gördü, ancaq təslim olmadı, sınmadı, dirəndi və nəhayət, Qarabağda apardığı 44 günlük Vətən Müharibəsi ilə onların 300 illik planlarını alt-üst etdi, bu ərazilərin kimə məxsus olduğunu bir daha hər kəsə göstərdi. Yüz il əvvəl olduğu kimi, bu dəfə də Azərbaycan ilə Türkiyənin birliyindən yaranan qüdrətin nələrə qadir olduğunu sübut etdik. Həqiqi sülhün, təhlükəsizliyin, insanlığın necə olduğunu göstərdik.
AY Partiya rəhbərliyi və üzvləri 1918-ci il mart-aprel aylarında Azərbaycanın bir çox şəhərində rus-erməni birlikləri tərəfindən törədilən qırğınlarda, soyqırımı cinayətlərində həyatını itirən məsum insanlarımızın ruhu qarşısında kədər hissi ilə baş əyir, Vətənimizin mənfur düşmənlərdən təmizlənməsi yolunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, xalqımıza qarşı törədilən cinayətlərin heç birini unutmayacağımızı və bağışlamayacağımızı bəyan edir.