Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_61b73c75555e1eedef5475c3efe6f804, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın Başqan müavinin ölümünün 40günü ilə əlaqədar başsağlığı mesajı
Azərbaycan Yüksəliş Partiyasının qurucu üzvlərindən biri, başqan müavini olmuş Azər bəy Əsgərovun dünyasını dəyişməsindən 40gün ötdü.
Lap gəncliyindən milli azadlıq hərəkatına qoşulan Azər bəy, ömrünün sonuna qədər tutduğu yola sadiq qaldı. Türkiyədə təhsil alan ilk tələbələrdən biri olaraq öz intellekti, analitik düşüncə tərzi ilə seçildi. Sonrakı fəaliyyətində də ölkəmizdə demokratik mühitin formalaşması yönündə çabalar göstərdi.
Azər Əsgərov son 1 ildə siyasi fəaliyyətini Azərbaycan Yüksəliş Partiyası ilə bağlamışdı. Partiyanın yaranması prosesində əlindən gələn hər şeyi etdi. AY Partiyası ilə bağlı böyük arzuları, planları olan Azər bəy, çalışmalarını davam etdirirdi.
Çox təəssüf ki, əziz əqidədaşımızın ömrü kimi, arzuları da yarımçıq qaldı.
Bu gün Azər bəyin parlaq xatirəsini sayğıyla anır, ailəsinə, övladlarına və doğmalarına səbir diləyir, axır qəminiz olsun, deyirik.