Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinın üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi və Aynur Qəzənfərqızı bu gün Ankarada Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş danışmanı İhsan Şener ilə görüşüb.
Görüş zamanı dövlətlərarası əlaqələrin daha da dərin inkişafı üçün perspektivlər dəyərləndirilib, Türk Dövlətləri arasindakı milli-ideoloji və digər əlaqələrin inkişafı üçün ortaq layihələrin hazırlanmasının önəmi vurğulanıb. Həmçinin 44 günlük Vətən savaşından sonra Azərbaycan və Türkiyənin gücünün artdığı, regionun önəmli dövlətlərinə çevirildiyi vurğulanıb, digər mövzularda müzakirələr aparılıb.
Görüşun sonunda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi İhsan Şenerə təqdim olunub, xatirə fotoları çəkdirilib.