Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_11426536815b1b867b600b15a52cc0fb, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın bu il maliyyə hesabatı vermək məcburiyyəti yoxdur
Mətbuatda Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən 2021-ci il üzrə maliyyə hesabatı təqdim edən və etməyən dövlət qeydiyyatına alınmış siyasi partiyaların siyahısı dərc olunub.
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) adı maliyyə hesabatı təqdim etməyən partiyaların siyahısında göstərilib.
Bildirmək istəyirik ki, AY Partiya 2021-ci il oktyabrın 15-də dövlət qeydiyyatına alınıb. Bu il maliyyə hesabatı vermək məcburiyyətində olmamağımıza baxmayaraq, 2022-ci il martın 29-da AY Partiyanın ötən il üzrə maliyyə hesabatını MSK-ya təqdim etmişik.
Mətbuatda maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı məlumat yayılandan sonra təkrar MSK ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, AY Partiyanın bu il hesabat vermək məcburiyyəti yoxdur. AY Partiya 2022-cü il üzrə maliyyə hesabatını 2023-cü il aprelin 1-dək təqdim etməlidir.
Ümid edirik ki, bu texniki yanlışlıq tezliklə aradan qaldırılacaq.