Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_615700ba643bab3ebfd2deaee44a405a, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın Əhməd bəy Ağaoğlunun anım günü ilə bağlı mesajı
19 may Azərbaycan və Türkiyənin ictimai xadimi, hüquqçu, siyasətçi, jurnalist, pedaqoq, türkoloq Əhməd bəy Ağaoğlunun anım günüdür.
1869-cu ildə Şuşa şəhərində anadan olan Əhməd bəy məşhur Sarbonna Universitetində hüquq təhsili aldıqdan sonra geri qayıdaraq, Şuşada ilk kitabxana, qiraətxana açır.
Daha sonra Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələrək, "Kaspi", "Həyat" qəzetlərində çalışır. qəzetinə də redaktorluq edir.
1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizli "Difai" təşkilatını qurur. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy həbs olunmamaq üçün 1908-ci ildə İstanbula köçür.
Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu, bu hərəkat tərəfindən keçirilən konqresə prezident seçilir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gələn Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olur. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da olur. Lakin İstanbula çatanda "İttihad və Tərəqqi" Partiyasının digər rəhbərləri ilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.
Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik edir, 2 dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olur.
Görkəmli şəxsiyyət Əhməd bəy Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun parlaq xatirəsini böyük sayğıyla anır, müqəddəs ruhunu sevgiylə yad edir.