Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_86eb4ff0c2b5bfc9682d4e547bdb37ac, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın Əhməd Cavadın doğum günü ilə bağlı mesajı
Bu gün istiqlal şairi, Azərbaycanın azadlığı uğrunda ömrünün sonuna qədər mübarizə aparmış Əhməd Cavadın doğum günüdür.
Əhməd Cavad 1892-ci il mayın 5-də Şəmkirdə dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alan Əhməd Cavad daha sonra müəllimlik şəhadətnaməsi alıb. Birinci Cahan savaşında iştirak edən Cavad müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub.
Əhməd Cavad rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alimdir, on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarıb.
O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib, AXC-nin əsas ideoloqlarından biridir. Azərbaycanın dövlət himninin müəllifidir.
1920-ci ildə AXC-nin süqutundan sonra Ə. Cavad dəfələrlə həbs olunub.
Sonuncu dəfə 1937-ci ildə tutulub, barəsində ölüm hökmü verilib. Amma hökmü icra etməyə ehtiyac qalmayıb, şair həbsxanada işgəncələrə dözməyərək, dünyasını dəyişib.
Əhməd Cavadın əyilməz, məğrur şəxsiyyəti və qələmə aldığı bir-birindən gözəl bədii yaradıcılıq nümunələri, onilliklər boyudur, Azərbaycan insanının bədii zövqünün formalaşmasına, azadlıq düşüncəsinin, milli ideyaların bərqərar olmasına xidmət edib.
Azərbaycan Yüksəliş Partiyası Azərbaycanın böyük şairi və parlaq şəxsiyyəti olan Əhməd Cavadı böyük sayğıyla yad edir, əziz xatirəsini daim uca tutacağını bəyan edir.