Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_4c79953d695bb5b6110b7dfa27fc4d2b, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın İbrahim İbrahimlinin vəfatı ilə əlaqədar başsağlığı mesajı
Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən biri, istiqlalçı millət vəkili İbrahim İbrahimli haqqın dərgahına qovuşub.
Ömrünü və taleyini ölkəmizin azadlığına, demokratik dəyərlərin bərqərar olmasına həsr edən İbrahim Ibrahimli tutduğu haqq yolunda hər cür mərhumiyyətə, çətinliyə sinə gərərək şərin və haqsızlığın üzərinə getməyi bacaran azsaylı ləyaqətli siyasətçilərdən, millət fədailərindən biri idi. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olarkən sərgilədiyi qətiyyətli mövqe, cəsarətli çıxışları onu insanların sevimlisinə çevirib. Gördüyü çətinliklər, ağır maddi durumu, yaşadığı həbs həyatı bu mübariz insanı tutduğu haqq yolunda daha ardıcıl mübarizə aparmasına gətirib çıxarmışdı.
Azərbaycan Yüksəliş Partiyası tanınmış siyasi xadim, istiqlalçı deputat İbrahim İbrahimlinin vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına, silahdaşlarına başsağlığı verir, mərhumun xatirəsini əziz tutacağını bəyan edir.