Bu gün Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) rəhbərliyinə və bir qrup üzvünə partiya vəsiqələrinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov partiyanın qurulmasında, böyüməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra söz AY Partiya Başqanı Anar Əsədliyə verilib. Anar Əsədli tədbir iştiraklarını təbrik edərək, onlara partiyanın işində aktiv fəaliyyətlərinə görə təşəkkürlərini çatdırıb.
Çıxışlardan sonra partiya üzvlərinə vəsiqələr təqdim olunub.