Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_2de809051ef809a12c59489144db69b2, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın İsmayıl bəy Qaspıralının anadan olmasının 170 illiyi ilə əlaqədar mesajı
Türkçülük və yenilik hərəkatının öncüllərindən biri, böyük Krım-tatar mütəfəkkiri İsmayıl bəy Qaspıralı Türk dünyasının yolunu aydınlatmaqda davam edir. Çünki Türk toplumlarının birləşə biləcəyi fikrini müdafiə edən, mətbuat və təhsil sahələrəndiki fəaliyyətləri ilə iz qoyan Qaspıralının fikirləri bu gün də nümunəvi mahiyiyətdədir.
Soyadını atasının doğulduğu Krımın Qaspıra kəndindən alan Qaspıralı 20 mart 1851-ci ildə Baxçasaray yaxınlığındakı Avcıköydə anadan olub.
Qaspıralı ilk təhsilini yerli müsəlman məktəbində alıb. Daha sonra Simferopol Oğlanlar Məktəbində (gimnaziyada) oxuyub və əvvəlcə Voronejdə, daha sonra Moskvada əsgər olmaq üçün hərbi məktəbə yazılıb.
Giritdə Yunan qiyamlarına qarşı mübarizə aparan Osmanlı birliklərinə qoşulmaq üçün gizli şəkildə Türkiyəyə keçmək istəyən İsmayıl Qaspıralı pasportu olmadığı üçün tutulur və tələbə həyatı ilə vidalaşır.
Bundan sonra müxtəlif illərdə Osmanlı ziyalıları ilə məktublaşan İsmayıl bəy çox qısa zamanda fikirləri və görüşləri ilə böyük rəğbət qazanır. Yazılarında məktəblərdə türk təhsili verilməsi gərəkdiyini və ortaq türk ədəbi dilinin yaradılmasının mümkün olduğunu müdafiə edir. Türkdilli cəmiyyətlərin bir-birlərindən xəbərdar olması üçün milli mətbuata olan ehtiyacı qarşılamaq məqsədi ilə 22 aprel 1883-cü ildə Rus səlahiyyətlilərinin icazəsi ilə “Tercüman” qəzetini çıxarmağa başlayır. İlk dəfə həftədə bir dəfə çıxan qəzet, 1903-cü ildə həftədə iki dəfə, 1912-ci ildən isə gündəlik çıxmağa davam edir. Qəzet az tirajlı olmasına baxmayaraq, Rusiyada olduğu kimi, Osmanlı, İran, Balkanlar və Qafqazdakı ziyalıların mütəmadi olaraq oxuduğu nəşrlərdən birinə çevrildi və Türk dünyasında böyük nüfuz qazandı.
Ömrü boyu "Dildə, fikirdə, işdə birlik" şüarına uyğun olaraq yaşayan Qaspıralı, bütün Türk xalqlarını birlik və həmrəyliyə çağırdı. Türküstan, Misir və Hindistana gedən və buradakı müsəlmanların təhsil fəaliyyətlərində iştirak edən İsmayıl bəy Rusiya Türklərinin təhsili və birləşməsi uğrunda mübarizəni sona qədər apardı.
AY Partiya rəhbərliyi və üzvləri böyük fikir adamı, Türkçülüyün yol göstərənlərindən biri olan İsmayıl bəy Qaspıralını doğumun 170-ci ildönümündə ehtiramla və şükranla yad edir, əziz xatirəsini daim uca tutduğunu bildirir.