Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_52bf79bd4ada4ba881e8955a83909102, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın İsraildə baş verən faciə ilə əlaqədar başsağlığı mesajı
Məlum olduğu kimi, Azərbaycana dəstəyini heç bir platformada əsirgəməyən dost İsraildə böyük faciə baş verib. İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində 44 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.
İsrail ilə Azərbaycan dost və müttəfiq dövlətlər olaraq çətin günlərdə bir-birinin yanında olub. Bu gün də biz İsraildə yaşanan faciədən dolayı mənən İsrail xalqının yanında, kədərinə şərik olduğumuzu bir daha dilə gətirmək istəyirik.
Azərbaycan Yüksəliş Partiyası bu faciədən kədərləndiyini bildirir, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyir.