Azərbaycan Yüksəliş Partiyasının həyata keçirdiyi “AY Partiyanın kitabxanası” layihəsi çərçivəsində növbəti nəşr işıq üzü görüb.
Bu, Güney Azərbaycandan olan milli fəal, hazırda Ankarada yaşayan Məhsa Mehdilinin yazdığı “44 Günlük Qarabağ Savaşında Güney Azərbaycan" kitabıdır.
Kitabda 2020-ci ilin sentyabrında başlayan və Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsində güneyli soydaşlarımızın Azərbaycana verdikləri dəstək, keçirdikləri aksiyalar, üzləşdikləri məhrumiyyətlər, təhdid və təzyiqlərə geniş yer verilib. Nəşrdə həmçinin, Azərbaycanın bölünməsi, Rusiya və İran tərəfindən işğala məruz qalması, bu işğala qarşı aparılan mübarizələr, I Qarabağ savaşı və digər mövzulara toxunulub.
Kitabı əldə etmək istəyənlər bizimlə əlaqə saxlaya bilərlər (050 401 34 16).
Qeyd edək ki, bu, “AY Partiyanın kitabxanası” layihəsi çərçivəsində çap olunan ikinci kitabdır. Bu silsilədən ilk nəşr AY Partiya Başqanı Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabı olub.