Bu gün dəyərli qazimiz, Azərbaycan Yüksəliş Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Habil Cəfərovun doğum günüdür.
Habil Cəfərov I Qarabağ Savaşı zamanı torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, hər zaman qorxmadan, çəkinmədən ən ön sıralarda olub.
Müharibədən sonra da bir an belə dayanmayıb, ona ehtiyac olan hər yerdə canla, başla əlindən gələni əsirgəməyib.
Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi və üzvləri qurucu üzvlərimizdən olan igid qazimizi təbrik edir, cansağlığı arzulayır, siyasi və digər sahələrdəki fəaliyyətində uğurlar diləyir.