Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində Qırğızıstanda ölənlərin sayı 31 nəfərə çatıb, 154 yaralı var. Münaqişə zamanı ölənlərin xatirəsini yad etmək məqsədi ilə mayın 1-i və 2-si Qırğızıstanda milli matəm günləri elan olunub.
AY Partiya rəhbərliyi və üzvləri dost və qardaş Qırğız xalqının kədərini bölüşür, Ulu Yaradandan həyatını itirənlərə rəhmət, yaralılara şəfa, əziz millətimizə səbir diləyir.