Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_db40fe13bcb62928f96caeb750897cef, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyanın Ramiz Əzizbəylinin vəfatı ilə əlaqədar başsağlığı mesajı
Azərbaycan incəsənətinə ağır itki üz verib. Xalq artisti, professor, "Şöhrət" ordenli Ramiz Əzizbəylini bu gün vəfat edib.
1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olan Ramiz Əzizbəyli Mirzağa Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyətə başlayıb. 1987-ci ildə çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Rejissorun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi isə Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran işlərindən biri sayılır.
Bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı, mahnıları özünəməxsus, qulağayatımlı, yanğılı avazla ifa eləyən sənətkar, ictimai fəal kimi xarakterizə olunan Xalq artisti, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olub.
Bir müddət əvvəl COVID-19- a yoluxan sənətkar bu xəstəlikdən vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası mərhum sənətkarın ailə üzvlərinə yaxınlarına, incəsənət cameəsinə dərin hüznlə başsağlığı verir.