Azərbaycan Yüksəliş Partiyasının daha 7 Rayon Təşkilatının (RT) strukturlaşması başa çatıb.
Bunlar Abşeron, Qaradağ, Səbail, Yasamal, Sabunçu, Nəsimi, Binəqədi Rayon Təşkilatlarıdır. Həmin rayonlar üzrə RT sədrləri, RT üzrə Baş Məclisin üzvləri, Nəzarət-Təftiş Komitəsinin sədrləri, Qadın qollarının sədrləri müəyyənləşib.
Teymur Həsənzadə, Əli Həsənov, Tamilla Məmmədova, Anar Xudiyev, Ruslan Abbaslı, Məlahət Bayramova, Sərdar Abdullayev, Rauf Rzayev, Flora Hacıyeva, Zaur Cəfərov, Kənan Orucov, İslah Məmmədov və digərləri bu rayonlar üzrə rəhbər vəzifələrə təyin olunublar.