Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Türkiyə-Azərbaycan birgə universitetinin Bakıda yaradılmasının planlaşdırıldığını deyib. O qeyd edib ki, Türkiyə-Azərbaycan birgə universiteti ilə bağlı anlaşma layihəsini 10 yanvar tarixində Azərbaycan tərəfinə təqdim ediblər.
Hələ bu təkliflə ilk dəfə Azərbaycan Yüksəliş Partiyasının başqanı və nümayəndə heyəti 2021-ci ilin yanvarında və avqustunda Türkiyənin ən tanınan Universitetlərində - Ankara Universiteti, Adana Çukurova Universiteti, Mersin Dövlət Universiteti, Mersin Toros Universitetinin rəhbərliyə ilə görüşlər keçirərkən çıxış edib. İlkin olaraq ictimai siyasi arenada bu fikirlər səsləndirilib ki, məhz Türkiyə Universitetlərinin Azərbaycanda filialları açılsın. Eyni zamanda Partiya başqanı istər Azərbaycan efirlərindəki çıxışlarında, istər keçirdiyi görüşlərdə Azərbaycan Türkiyə birgə universitetinin qurulması, həyata keçirilməsi kimi bir təklif də irəli sürülüb.
Xeber365.com məsələ ilə bağlı AY Partiya başqanının Elm və təhsil üzrə müşaviri Nigar Sultanlının fikirlərini öyrənib.
Nigar Sultanlı bildirib ki, təkliflər nəinki Universitet rəhbərlərinə, eyni zamanda partiya başqanı və nümayəndə heyətinin istər dövlət rəsmləri, istər siyasi partiya liderləri ilə keçirdiyi bütün görüşlərdə gündəmdə olan bir təklif olaraq ortaya qoyulub.
Nigar Sultanlı qeyd edib ki, bu gün Azərbaycan dövlətinin qardaş Türkiyə dövləti ilə olan bütün əlaqələri - istər siyasi, istərsə də iqtisadi, mədəni əlaqələri ilə yanaşı bizi bir qardaşlıq bağı da bağlayır: “Bunun daha da möhkəmlənməsi üçün insanlarımızın şüurunda, təfəkküründə yaxşı mənada toxumların əkilməsi üçün mütləq şəkildə Türkiyənin tanınmış universitetlərinin, Türkiyə təhsilinin Azərbaycanda tətbiqi vacib şərtlərdən biri hesab olunmalıdır. Və məhz bu baxımdan da əsas məsələ kimi gündəmə gətirilib”.
Bu layihənin hansı istiqamətdə keçirilə biləcəyindən, bu məsələdə dövlət dəstəyinin vacib olub-olmamasından danışan Nigar Sultanlı qeyd edib ki, Partiya başqanlığı bu layihənin ümumiyyətlə dövlət xətti vasitəsi ilə həyata keçirilməsinin tərəfdarıdır: “Belə də olmalıdır. Bu məsələ təkcə partiyanın siyası kursunda olan məsələ deyil. Ümumiyyətlə Azərbaycan dövləti üçün vacib olan məsələdir. Türkiyə universitetlərinin Azərbaycanda açılması nəinki partiyanın öz mənafeyi baxımından, eyni zamanda dövlətçilik mənafeyi baxımından da təhsilin gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi üçün vacib olan məsələlərdən biri kimi təqdim olunmalıdır".
O bildirib ki, hər bir universitetin özünün inkişaf strategiyası var və istər Türkiyə tərəfi - Türkiyə Təhsil Nazirliyi, Azərbaycanda fəaliyyət göstərmək istəyən universitetlər olsun, istərsə də Azərbaycan Təhsil Nazirliyi, universitet rəhbərlikləri və s. bunların birlikdə müzakirə keçirmələri sözsüz ki, mütləq bir şərtdir.
Nigar Sultanlı qeyd edib ki, işçi qruplarının yaradılması və konkret görüləcək işlərin həyata keçirilməsi, məhz onların öhdəliyində olan bir vəzifədir.
Bu məsələdə AY Partiyanın mövqeyindən də danışan Nigar Sultanlı qeyd edib ki, bir partiyanın məqsədi hakimiyyətə gəlmədən öncə də özünün proqramlarının, fikirlərinin, cəmiyyətdə qalib fikirə çevirilməsidir. Bu onun göstəricisidir ki, həmin partiya hakimiyyətə gəlmədən fikirləri, düşüncələri cəmiyyətdə və hakimiyyət tərəfindən qalib fikir kimi qəbul edilib həyata keçirilir.Bu, o partiyanın artıq gələcəkdə qalibiyyəti deməkdir: "Bu, partiyanın gücündən və nüfuzundan xəbər verir. Və bu günləri həqiqətən də qürur verici məqamdır ki, artıq Türkiyə rəsmiləri tərəfindən buna bir dəstək verildi, bunun bir işarəsi bizə mesaj olaraq çatdırıldı. Və ümid edirik ki, bu layihələr uğurla başa çatacaq”.
AY Partiya başqanının Elm və təhsil üzrə müşaviri sonda onu da qeyd edib ki, başqanın təklifi tək Bakıda Universitetlərin yaradılması deyildi. Eyni zamanda Ağdam, Şuşa kimi işğaldan azad edilmiş ərazilərimizdə, və digər harda Universtet açmaq zərurəti var, ordada məhz Türkiyə təhsilinin, təhsil sisteminin bünövrəsinin qoyulması, Türkiyə universitetlərinin filiallarınn açılmasını məqsədə uyğun hesab edərək, bu təkliflərlə çıxış edib.
http://xeber365.com/haber-bu-partiyanin-turkiy--az-rbaycan-birg-universitetinin-yaradilmasi-fikri-n-hay-t-reallasdi-36598.html