Azərbaycan elminə ağır itki üz verib.
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar jurnalisti Nəsir Əhmədli vəfat edib. N.Əhmədli 80 yaşında dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası böyük alimin vəfatıyla bağlı dərin hüzün hissi ilə xalqımıza başsağlığı verir, mərhumun ailəsinə və yaxınlarına səbir diləyir.
Görkəmli ustad və pedaqoq olan Nəsir Əhmədlinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!