Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_fac70891c2a276ed1d4082196ecd6206, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
AY Partiyası Novella Cəfəroğlunu 80 illik yubileyi münasibəti təbrik edib
Çağdaş Azərbaycan cəmiyyətinin önəmli insanlarından biri Novella Cəfəroğlunun 80 yaşı tamam olur.
Hələ sovet quruluşu dönəmində Azərbaycanda özgürlük düşüncəsinin əsas daşıyıcılarından olan Novella Cəfəroğlunun adı ötən əsrin 80-ci illərindən vüsət tapan milli-azadlıq hərəkatının simvoluna çevrilmiş əfsanə isimləri birgə çəkilir. Ömrünün böyük bir hissəsini ölkəmizdə insan haqlarının qorunmasına, hüquq və azadlıqların müdafiə olunmasına həsr edən N. Cəfəroğlu, bu şərəfli yolda hər cür çətinliklərə mərdliklə sinə gəlib, haqq bildiyi müqəddəs yoldan bir an belə çəkinməyib.
Onun prinsipial, dönməz mövqeyi və qətiyyəti nəticəsində haqqı tapdanan saysız-hesabsız həmvətənimiz, layiq olduqları azadlıqlarına qovuşub, cəmiyyətdə öz yerlərinə sahib olub.
Azərbaycan Yüksəliş Partiyası istəkli Novella xanımı yubileyi münasibətilə təbrik edir, sağlam və uzun ömür diləyir, gördüyü savab işlərdə böyük uğurlar arzulayır.
Uca Yaradanın nəzəri həmişə üstünüzdə olsun, doğmamız və dəyərlimiz Novella xanım.